
Sabirabad rayonunun Qaralı kəndində səhər saatlarında əhaliyə mavi qazın verilməsinin acılış mərasimi kecirildi.Tədbirdə rayon icra hakimiyyəti başcısının birinci müavini Həsən Həsənov,rayon HSCŞ-nin rəisi Rəsul Babayev, polis şöbəsinin rəisi Mübariz Quliyev,rayon və kənd agsaqqalları,kənd ictimaiyyəti,AZƏRİQAZ istehsalat birliyinin məsul əməkdaşları,birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və mətbuat nümayəndələri iştirak edirdilər.