Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 72 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.short.php on line 169 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 72 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 77 Xəbərlərin siyahısı: 18.07.2020 » ARAN XƏBƏR
 
Xəbərləri çeşidlə: xəbərin tarixinə görə | məşhurluğa görə | oxunma sayına görə | şərh sayına görə | əlifbaya görə
18-07-2020, 22:31

Türkiyədə müalicədə olan deputat Azərbaycana qayıtdı

Bölmə: Siyasi Xəbərlər, Ölkə Xəbərləri

  • Xəbər 81 dəfə oxunub.
  • Türkiyədə müalicədə olan deputat Azərbaycana qayıtdı

    "Biz gənclərin Sizə olan sevgisi daha da artdı" - Prezidentə yazırlar..."Google Chrome"un 84-cü versiyası gəlir: hansı yeniliklər olacaq?Azərbaycanda bir gündə 497 nəfər koronavirusa yoluxdu: 645 nəfər sağalıb

    İlk səhifə HADİSƏ 2248
    12:14 18 İyul 2020
    Türkiyədə müalicədə olan deputat Azərbaycana qayıtdı

    Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədən qayıdıb.

    Bu barədə APA -ya Vahid Əhmədovun köməkçisi Arif Orucov məlumat verib.

    O bildirib ki, Vahid Əhmədov həftənin 1-ci günü ölkəyə çarter reysi ilə qayıdıb:

    “Hazırda evindədir və səhhəti yaxşıdır. Müalicə qəbul etməyə də ehtiyac qalmayıb. Vahid Əhmədov hazırda istirahət edir və işləri ilə maraqlanır”.

    Qeyd edək ki, deputat Vahid Əhmədov bir müddət öncə deputat ürəyində yaranan problemlə əlaqədar özəl təyyarə ilə Türkiyəyə aparılmışdı.

    O, 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub.

    Zaur Məmmədhüseynoglu
    Parlament muxbiri.
    18-07-2020, 22:26

    "Ermənilərə qan uddururdu" - Şəhid generalımız haqda

    Bölmə: Ölkə Xəbərləri

  • Xəbər 104 dəfə oxunub.
  • "Ermənilərə qan uddururdu" - Şəhid generalımız haqda
    Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonun sərhədyanı kəndlərini artilleriya atəşinə tutması nəticəsində “N” saylı hərbi hissənin qərargah rəisi, general-mayor Polad İsrayıl oğlu Həşimov şəhid olub. Lent.az şəhid generalıın bioqrafiyasının bəzi epizodları ilə bağlı oxucuları tanış edir.

    Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi həmin şəhərdə bitirib.

    Azərbaycanda H.Əliyev adına Ali hərbi məktəbdə, Türkiyədə hərbi akademiyada təhsil alıb.

    Ailəlidir. İki oğlu, bir qızı var. Böyük övladı hazırda 10-cu sinifdə oxuyur.

    P.Həşimov 2003-cü ildə mayor rütbəsində olarkən Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

    2009-cu ildə polkovnik-leytenant Həşimov Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb.

    2014-cü ildə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

    2016-cı ildə aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə II dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

    2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova general-mayor hərbi rütbəsi verilib.

    Əslən Qəbələnin Vəndam kəndindən olan generalı yaxından tanıyanların sözlərinə görə, o, həm xidmət etdiyi ərazilərin yerli sakinlərinin, həm də rəhbərlik etdiyi hərbi birliklərin şəxsi heyətinin hörmət və etimadını qazanıb:

    "Ermənilərə qan uddurub, çox cəsur idi. Düşmən onu öldürmək üçün çoxdan fürsət axtarırdı. Xidmət etdiyi sərhəd bölgələrinin əhalisi onun başına and içirdi. Tanıyanlar hamısı bilir ki, vətən sevgisi və peşəkarlıqla yanaşı, həm də insanpərvər idi, fədakarlıq edən şəxs idi. İndi Qəbələdə, əsas da Vəndamda hamı yasa batıb..."

    General-mayorun əsgəri olmuş Ramil Cabbarov özünün “Facebook” profilində komandirin şəhid olması ilə bağlı hisslərini bölüşüb:

    “Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Şəxsi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə yürüməyə hazır idik. Tabora gələndə "Öncə vətən!" kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsini xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”


    ZAUR ZEYNALOV
    PARLAMENT muxbiri.
    18-07-2020, 18:02

    Baş redaktordan!

    Bölmə: Yazarlar, Müsahibə

  • Xəbər 33 dəfə oxunub.
  • Baş  redaktordan!
    Hörmətli redaksiya əməkdaşları!
    Ölkəmizin bu agır durumunda, pandemiyanın bütün dünyanı cənginə aldıgı bir vaxtda sizləri hər zaman dövlət rəhbərliyi ətrafında daha da sıx birləşməyə səsləyir, olkə başçısının imzaladıgı bütün sərəncam və fərmanlara ciddi riayət etməyə çagırıram! Biz bu gün ölkə başçısının sıravi əsgəri olmaqla hər an işgal olmunmuş torpaqlarımız ugrunda döyüşlərə qatılmaga hazır olmalıyıq!!!
    Dövlətçiliyimizin mənafeyinə xidmət edən istənilən məqalələrinizi cap etmək üçün hazırladıgınız yazılarınızı redaksiyaya təgdim etməyinizi rica ediriki...

    Hörmətlə: Baş redaktor HƏSRƏT Rüstəmov.
    18-07-2020, 17:37

    Avropa Parlamentinin üzvü erməni təxribatı ilə bağlı bəyanat verib

    Bölmə: Siyasi Xəbərlər

  • Xəbər 38 dəfə oxunub.
  • Avropa Parlamentinin üzvü erməni təxribatı ilə bağlı bəyanat verib
    Bakı, 18 iyul, AZƏRTAC

    Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun sədri, AP-nin latviyalı deputatı Andris Ameriks Azərbaycan-Ermənistan sərhədində baş vermiş erməni təxribatı ilə bağlı bəyanat verib.

    AZƏRTAC xəbər verir ki, A.Ameriks sərhəddə baş verən qarşıdurma ilə bağlı dərin narahatlıq hissi keçirdiyini bildirib və həlak olanların ailələrinə başsağlığı ifadə edib. O, hərbi əməliyyatları dərhal dayandırmağa və ATƏT-in Minsk qrupu çərçivəsində substantiv danışıqları davam etdirməyə çağırıb.

    A.Ameriks bəyanatında Avropa Parlamentinin məlum qətnamələrinə istinad edərək bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini vurğulamaqla münaqişənin yalnız dinc yolla həllinin mümkünlüyünü bəyan edib.



    ZAUR Zeynalov
    Parlament muxbiri.
    18-07-2020, 17:30

    Pandemiya dövründə Azərbaycan yol polisinin fəaliyyəti ASAN Xidməti xatırlatdı

    Bölmə: Ölkə Xəbərləri, Sosial

  • Xəbər 95 dəfə oxunub.
  • Pandemiya dövründə Azərbaycan yol polisinin fəaliyyəti ASAN Xidməti xatırlatdı
    Bu cansıxıcı pandemiya dövründə insanlığın birliyini gördü dünya. Biz də bu dünyanın bir parçasıyıq və orada baş verən nə varsa, biz də yaşayırıq. Bu zamanın ən unudulmaz, zəhməti danılmaz, gecəsini-gündüzünə qatıb xalqının yanında olan, yenə də onu qoruyan məhz polis oldu – hətta pandemiyadan da…
    18-07-2020, 17:21

    Əsl dost necə olur .

    Bölmə: Yazarlar, Maraqlı

  • Xəbər 429 dəfə oxunub.
  • Əsl dost hər insana lazımdır .Əsl dostu özümüz qazanmalıyıq . /Əsl dost cətinə düşəndə sənə arxa olur ,hər işdə kömək edir - Qardaş dost olmaya bilər,amma dost həmişə qardaş olmalıdır .

    - Dostluğun birinci şərti etibardır .

    - Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir .
    - Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir (Atalar sözü)
    - Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun.

    - Dostlar müxtəlif bədəndə bir ruhdurlar.
    - Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır .
    - Dost rahatlıq verən bir məlhəmdir - Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə dostlarımızın kim olduğunu göstərməsidir.
    - Evin qiyməti ora gələn dostlardan bilinər .

    - Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır.
    - Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz.
    - Dostu olmayan bu dünyada qəribdir.
    - İnsanlarla elə davran ki,dostların sənə düşmən olmasın,əksinə,düşmənlərin səninlə dost olsun.
    - Mənə hər şeydə mənimlə razılaşan,mən başımı əyəndə başını əyən dost lazım deyil.Ona qalsa kölgəm də dostumdur.

    - Həqiqi dostluqdan başqa,bütün münasibətlər müvəqqətidir.
    - Dostlar iki cür olur:birincisi sizi güldürənlərdir ki,onlara çox etibar etmək olmaz;ikincisi sizi düşündürənlərdir ki,onların qədrini bilmək lazımdır.
    - Biz dostun köməyindən çox,bu köməyi ala bilmək inamına ehtiyac duyuruq (Sokrat:Qədim Yunan filosofu)
    - Əsl dost misilsiz xəzinədir:xoşbəxtliyi artırar,dərd-qəmi azaldar (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
    - Dostluq ömrün sonunadək boy atan bir ağacdır (Corc Vaşinqton:ABŞ-ın ilk prezidenti)
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar. (Naməlum)
    - Dost insanın ikinci özüdür (Mark Tulli Siseron: Qədim Roma dövlət xadimi və natiqi)
    - Eyibsiz dost axtaran axırda dostsuz qalar (Nəsrəddin Tusi: Azərbaycan alimi və dövlət xadimi



    Bayramov İbad
    Redaktor.
    18-07-2020, 17:12

    Ermənistanın Berlindəki səfirliyi qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir

    Bölmə: Siyasi Xəbərlər

  • Xəbər 128 dəfə oxunub.
  • Ermənistanın Berlindəki səfirliyi qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir
    Almaniya-Azərbaycan Alyansının və Almaniyadakı Azərbaycan Diaspor Təşkilatlarının Mərkəzi Əlaqələndirmə Şurasının təşəbbüsü ilə bu dəqiqələrdə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında Almaniya paytaxtında yaşayan həmvətənlərimizin genişmiqyaslı etiraz aksiyası keçirilir.
    18-07-2020, 17:07

    "Azərbaycanda sərt karantin rejiminin uzadılmasında əsas məqsəd virusun yayılmasının qarşısını almaqdır"

    Bölmə: Ölkə Xəbərləri

  • Xəbər 34 dəfə oxunub.
  • Azərbaycanda sərt karantin rejiminin uzadılmasında əsas məqsəd insanların ünsiyyətini məhdudlaşdırmaq, xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır.
    18-07-2020, 16:59

    Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir

    Bölmə: Siyasi Xəbərlər

  • Xəbər 34 dəfə oxunub.
  • Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir
    Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı indiyə kimi bir sıra səhvlər edilib. Məhz elə bu səhvlərə görədir ki, Ermənistan-Azərbaycan münaqişəsi 30 ilə yaxındır, həll olunmur.
    18-07-2020, 16:47

    Azərbaycan və Rusiya Müdafiə nazirləri arasında telefon danışığı olub

    Bölmə: Siyasi Xəbərlər, Ölkə Xəbərləri

  • Xəbər 50 dəfə oxunub.
  • Azərbaycan və Rusiya Müdafiə nazirləri arasında telefon danışığı olub
    İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.

    Azərbaycan Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

    Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

    Telefon danışığı əsnasında Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu generel-polkovnik Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat vermişdir. Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulamışdır.


    Abdinov Tərlan
    Baş redaktorun 2-ci müavini