24-10-2017, 21:09
Bölmə: Bölgə Xəbərləri, Sabirabad, Sosial
Xəbər 142 dəfə oxunub.
[media=http://https://www.youtube.com/watch?v=2npF8XB6Ugg] Sabirabad rayon Qaz İstismarı idarəsi əhaliyə verilən mavi yanacagı fasilələrlə paylayır.Əhali həqiqətən cox əziyyət cəkir Qİİ-nin rəhbərliyi yaranmış bu məsələyə cox ciddi yanaşmalıdır. Ay ərzində dəfələrlə mavi yanacagın təchizatı fasilələrlə verildiyindən iri həcmli magistral qaz borularına müəyyən təmir işlərindən sonra borulara toplanmış adi atmosfer yəni hava yıgını oradan sovrulub cıxarılmlır. Nəticədə abonentə nəql edilən qaz borusunda yıgılıb və qaz saygacından kecən adi hava axını saygacları boşuna fırladır, nəticədə abonentin qaz saygacına hec nədən əlavə pul vəsaiti yazılır. Əhali də məhz buna görə haqlı narazılıq edir.Azəri.QAZ QSC-nin rəhbəri yaranmış bu xoşagəlməz problemlərin fərqindədirmi.Əkbər Hacıyev yaranmış bu ciddi məsələyə aydınlıq gətirməlidir.Sosial məngənələr cərcivəsində cabalayan əhali niyə görə adi hava axını ilə pul hesablayan saygacın pulunu ödəməlidir.
3-09-2017, 18:26
Bölmə: Bölgə Xəbərləri, Sabirabad, Təhsil
Xəbər 171 dəfə oxunub.

Sabirabad rayon təhsil şöbəsini uzun illərdir kəməndə salan korrupsiya estafeti əldə-ələ kecir orada işləyən insanlar kökəlir , varidat sahibi olur sonda milli təhsilimiz məhv olub sıradan cıxır!Burada baş verən xoşagəlməz olaylarla baglı Respublikanın aidiyyatı orqanlarına o cümlədən təhsil nazii Mikayıl Cabbarova redaksiyamız adından müraciətimiz hələki cavabsız qalmaqdadır Bütün bu laqeydlik nazirlikdə oldugu kimi Sabirabad təhsil şöbəsində ifrat dərəcədədir Sabirabad təhsil şöbəsinə qeyri-qanuni yolla daha dogrusu , qeyri- şəffaf yolla yer almış əksər "kadrolar" burada təhsildən savayı hansı işlə desəniz məşguldur hansı ki, müraciətdə öz əksini tapmışdır. Onsuz da Respublika təhsil sistemində sonuncu yerlərdə qərarlaşan Sabirabad təhsili inanırıq ki bir daha özünə gəlməyəcək. Cünki burada "calışan " əksər işbazlar ancaq və ancaq şəxsi ambisiya maddi maraqlar əsasında !CALIŞIRLAR"
9-03-2017, 00:20
Bölmə: Bölgə Xəbərləri, Təhsil
Xəbər 293 dəfə oxunub.
Kürdəmir rayon Təhsil Şöbəsi 1931-ci ildən fəaliyyət göstərir. Təhsil Şöbəsinin tabeliyində 58 məktəb fəaliyyət göstərir ki, onlardan 43-ü tam orta məktəb, 12-si ümumi orta və 3-ü ibtidai məktəbdir. Bu məktəblərdə 15057 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 1640 müəllim məşğul olur. Rayon Təhsil Şöbəsinin nəzdində Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Uşaq-Gənclər İdman Məktəbi fəaliyyət göstərir.2003-cü ildən sonra rayonda 16 yeni məktəb binası, Şahmat Məktəbi inşa edilmiş, 8 məktəbdə 47 sinif otağı, 2 uşaq bağçası əsaslı təmir edilmişdir.Rayonda 11 Uşaq Baxçası fəaliyyət göstərir. Təhsil Şöbəsi Kürdəmir şəhər İ.Qayıbov küçəsi 1 ünvanında yerləşir. Telefon (02025) 5-32-86 Poçt ünvanı: kurdemir.rts@mail.ru
3-03-2017, 14:22
Bölmə: Bölgə Xəbərləri, Sabirabad
Xəbər 369 dəfə oxunub.


Mənsimalı Şəkəralı oglu Heydərovla uzun illərdir dostluq əlaqələrimiz var. Həmişə ona dostluq etalonu, qardaşlıq simvolu kimi baxmışam , qiymətləndirmişəm və nümunə götürmüşəm Onun insanlarla ünisiyyət qurması, ona müraciət edənləri dinləmə mədəniyyəti, prinsipial ciddi iş rejimi , insanlar arasında ayrı seckilik etməməsi , dövlətciliyimizə sadiqliyi bir cox vətəndaşlarımıza əsl nümunədir!Mənsimalı müəllim 1952-ci ildə Yardımlı rayonunun Arvana kəndində dünyaya göz acmışdır. Mənsimalı hələ 3 yaşında olarkən valideynləri Sabirabad rayonuna pənah gətirmiş və bu rayonda məskunlaşmışlar. Orta təhsilini rayonun indiki Nizamikənd kəndində 1969 -cu ildə başa vuran gənc Mənsimalı sonradan təhsilini davam etdirmək məqsədiylə N. Tusi adına ADPU-nin fizika fakultəsinə daxil olaraq ali təhsil ocagını fərqlənmə diplomu ilə bitirmişdir. İlk iş fəaliyyətinə müəllimlik sənəti ilə başlayan Mənsimalı müəllim yenə öz üzərində daim işləyir yeniliklər axtarışında olur. Bir ali təhsil onu qane etmirdi. Daim ucalıga can atan Mənsimalı Heydərov sonradan Bakı Sosial İdarəetmə Politolgiya institutuna daxil olur və həmin ali ocagı da fərqlənmə ilə bitirir. Yaşayıb yaratdıgı Sabirabad rayonuna qayıdan Heydərov müxtəlif yuxarı vəzifələrdə calışıb dogma vətənənə ləyaqətlə xidmət edib. Fizik və eyni zamanda Politoloq ixtisaslarına mükəmməl yiyələnən Heydərov sonradan o vaxtı "part şkola " deyilən Marksizm- Leninizm İnstitutuna daxil olur. Artıq o mükəmməl bir kadr, əsl vətəndaş olarq yetişmişdir!"Qartal ucalıga insan kamilliyə can atar"atalar sözü bax bu məqamda Mənsimalı müəllim ücün əsl həyat meyarına cevrildi. İnsanları sevmək onların qaygısına qalmaq elə bil bu İnsanın həyat devizinə cevrilmişdir.
1-02-2017, 01:05
Bölmə: Bölgə Xəbərləri, Sabirabad, Sosial
Xəbər 178 dəfə oxunub.

Sabirabad rayonunun S. Vurgun kücəsində Nuriyev Rəfaıl Nuru ogluna məxsus avtomobillərə təmir sexinin yaxınlıgında yerləşən Sərxan Əşrəfova məxsus bərbərxana sexinin giriş qapısının R. Nuriyev tərəfindən baglanması ilə yaranmış mübahisəli məsələyə qarşı tərəfin möqeyi belə oldu. Belə ki, R. Nuriyevə 20 dekabr 2005-ci ildə Sabirabad şəhər bələdiyyəsi tərəfindən verilmiş sərəncama əsasən 6x28 metr ölcüdə torpaq sahəsi sahibkar Nuriyevə məxsusdur .
28-01-2017, 17:38
Bölmə: Bölgə Xəbərləri, Hadisə, Sosial
Xəbər 1316 dəfə oxunub.

2 gün öncə saytımızda eyni sərlövhə altında ictimailəşən məqaləmiz qısa vaxt ərzində ətrafına 1150-dən cox oxucu kütləsi toplamışdır. Ola bilməz ki, bu oxucular arasında aidiyyatı qurumların və eyni zamanda Sabirabad rayon hüquq -mühafizə orqanlarının əməkdaşlarının işıq üzü görmüş məqalədən məlumatları olmasın. Hər iki cavabdeh şəxslərin --istər başkan müavini Zakir Əsgərovun istərsədə sahibkar Rəfayıl Nuriyevin əməllərində ən azından cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin əlamətləri vardır, hələ üstəlik hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə yanaşı vəzifəli şəxsin vəzifəsindən sui-istifadə edərək cıxılmaz vəziyyətə düşmüş şəxsin etibarından yenə də sui -istifadə edərək malını mənimsəmək maddələri özünü büruzə vermişdir. Oxucilara daha aydın olsun deyə acıqlayırıq ki, bələdiyyə müavini yaranmış situasiyadan istifadə edərək zərərcəkmiş Sərxan Əşrəfova öz mobil telefonunun balansına 45 azn-lik depozit yatırmış və digər cavabdeh Rəfayıl Nuriyev isə yenədə şəxsin cavadeh tərəfindən süni şəkildə yaradılmış vəziyyətindən istifadə edərək hədə-qorxu ilə pul tələb maddəsi tövsiv olunmaqdadır...!
26-01-2017, 19:26
Bölmə: Bölgə Xəbərləri, Sabirabad, Sosial
Xəbər 1576 dəfə oxunub.

Sabirabad rayon sakini Əşrəfov Sərxan Əşrəf oglu redaksiyamıza müraciət edərək hüquqlarının pozuldugunu bildirmişdir.Onun redaksiyamıza təqdim etdiyi ərizəsini oldugu kimi oxucuların nəzərinə catdırırıq!Əşrəfov Sərxan 2010-cu ildə rayonun RTS deyilən ərazisində bərbərxana tikintisi ücün 12kv ölcüdə Agaməmmədov Fərhad adlı şəxsdən torpaq sahəsi almışdır və eləcə o 2200AZN ödəyərək sahəni əldə etmişdir.Sahibkar Ə. Əşrəfov bərbərxananı tikdikdən 2 il sonra bərbər salonunun sag tərəfində maşın sexi kimi fəaliyyət göstərən tikilinin sahibi Nuriyev Rəfayıl adlı birisi Ə. Əşrəfova hədə-qorxu gələrək bildirib ki, bərbərxananın qabaq hissəsi də onun ərazisidir odur ki sən bərbərxananın yolunu o biri tərəfdən yəni RTS-in ərazisindən acmalısan.R Nuriyev təkidlə Əşrəfova bildirib ki ya sən mənə 2000AZN verməlisən sənə yol verim ya da ki ayda 50 AZN ver (yol kirayəsi) sənə buradan yol verim!Bu minvalla Əşrəfov hər ay 50 AZN verməklə Nuriyevə 550 azn NƏGD pul ödəməli olmuşdur!
21-04-2016, 22:16
Bölmə: Bölgə Xəbərləri, Sabirabad, Təhsil
Xəbər 329 dəfə oxunub.

N.Nərimanov adına 2-saylı şəhər texniki- təmayüllü lisey Sabirabad rayonunda nümunəvi təhsil ocaqlarındandır desək əsla yanılmarıq.Təhsil ocagına Elşad Şərifov rəhbərlik edir.