Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 72 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 72 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/modules/show.full.php on line 308 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 72 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/naranx172/domains/aranxeber.info/public_html/engine/classes/templates.class.php on line 77 Ömrünün ilk səhifələri (VİDEO) » ARAN XƏBƏR
 
Aran Xeber » Mədəniyyət Xəbərləri » Ömrünün ilk səhifələri (VİDEO)
9-12-2014, 23:52

Ömrünün ilk səhifələri (VİDEO)

Kateqoriya: Mədəniyyət Xəbərləri, Maraqlı

  • Xəbər 340 dəfə oxunub.
  • Ömrünün ilk səhifələri (VİDEO)

    Heydər Əliyevin vəfatının 11-ci ildönümü yaxınlaşır.

    12 dekabr 2003-cü il. ANS bu il də həmin tarixə qədər yazılan Heydər Əliyevin ömür kitabını tamaşaçılara təqdim etməyə çalışacaq. Beləliklə, əməkdaşımız Heydər Əliyevin bir şəxsiyyət kimi yetişdiyi ömrünün ilk illərindən danışacaq.

    Heydər Əliyev haqqında birinci süjetimə başlamaq mənə birinci sinif şagirdinin həyəcan və tərəddüdlərini yaşatdı. Təsəvvür edin, qarşında bir kitab var, sən bu kitabı hərfbəhərf öyrənməli, sonra sözə çevirməlisən. Əslində söz adamı üçün bu o qədər də çətin bir məsələ deyil. Amma Heydər Əliyevin keçdiyi çətin və mürəkkəb yola nəzər salanda, istər-istəməz məsuliyyətin artır. Mən də nə artırmadan, nə əskiltmədən, bu böyük siyasət adamının keçdiyi yolu sizinlə birgə keçməyə çalışacam.

    O yol əlbəttə ki, hamımızın yolu kimi orta məktəbdən başlayırdı. Amma görünür o, hamımızdan fərqli bir şagird idi. Onun gələcək müqəddəratını da elə hərtərəfli biliyə sahib olması müəyyən edir. Atasını çox erkən itirməsi Heydər Əliyevin ailə qayğılarını artırır. İndi o aildə həm ata, həm qardaş olmalıdır. Bacısı qızı Fəxriyyə Xələfova təkcə anası Rəfiqə xanımla bağlı durumu belə anladır:

    "Rəfiqə xanım ailənin ən kiçik övladı idi. Atası öləndə o, məktəbin yuxarı sinfində oxuyurdu. Təbii ki, peşə seçimi olmalıydı, sonra ali təhsil. Bütün bunların reallaşmasında Heydər Əliyevin müstəsna xidməti olub”.

    Bu illə Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi vaxtlara təsadüf edir. O, bu komitədə şöbə rəisi vəzifəsindən komitə sədrliyinə qədər ucalır. Onun hazırlayıb həyata keçirdiyi çoxsaylı əməliyyatlardan ikisini - Alagöz və Naturalist əməliyyatlarını xüsusilə xatırlayırlar.

    Keçmiş MTN əməkdaşı Xəqani Bağırovun sözlərinə görə, Heydər Əliyev Leninqradda təhsil almışdı: “Atam ondan sonra getdi və bir il sonra oxuyub gəldi. Həmişə danışırdı ki, orada ondan Heydər Əliyevi soruşublar. “Kak Heydər Əliyev?”.

    Keçmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşı Xəqani Bağırovun atası Akif müəlilm Gəncə vilayəti əks kəşfiyyat şöbəsinin rəisi işləyəndə Heydər Əliyev də Bakı şəhəri üzrə eyni vəzifəni daşıyırdı.

    Müsahibimin fikrincə, dəqiq psixoloji təhlil və hesablamalar, insanı öz tərəfinə çəkmək bacarığı Heydər Əliyevin çekist fəailyyətinin başlıca xüsusiyyəti idi. Məhz bu qabiliyyətinə görə Moskvadakı həmkarları da getdikcə onunla daha çox hesablaşmağa başladılar.

    Keçmiş SSRİ DTK-nın 9 saylı idarəsinin rəisi Mixail Titkov: "Mənim onun haqqında ən xeyirxah təəssüratım var. O, məni öyrətdi. O zaman Leninqrad DTK məktəbində mənə onun diplomunu göstərəndə demişdilər ki, belə oxumaq lazımdır ki, öz işini yaxşı görəsən. Biz ondan öyrəndik”.

    Bəli ondan məmnuniyyətlə öyrənirdilər. İllər sonra bu bilikləri Heydər Əliyevi - Moskvaya Mərkəzi Komitəyə aparacaq. Amma hələ ki, o öz ölkəsində lazımdır. Azərbaycan KP MK-nın birinci katibi kimi.


    Hörmətli istifadəçi siz qeydiyyatdan keçməmisiniz.
    Lütfən qeydiyyatdan keçin və ya adınızla daxil olun.