Tursun Maqsud oglu Əzizovu uzun illərdir tanıyıram. Onun ziyalılıgı, mədəniyyəti, yüksək intelekti, mənəvi saglam vətəndaş olmaqla yanaşı yaxşı pedaqoq oldugu, eyni zamanda nümunəvi ailə başcısı olması dəfələrlə mətbu orqanımızda ictimailəşmişdir. Sabirabad rayonunun ictimai-siyasi həyatında fəal mövqe sahibi Tursun Əzizov bilavasitə yaşadıgı cəmiyyətdə, işlədiyi kollektivdə böyük nüfuza malik bir İnsandır. Dəfələrlə qeyd etmişəm yenədə vurgulayıram , Axıska məktəbinin həm pedaqoji kollektivi, istərsə şagird kontingenti xoşbəxtdirlər ki, Tursun Müəllim kimi Ziyalı onlara rəhbərlik edir. Elinə obasına baglılıgını yaxın günlərdə müşahidə etdim. Tursun müəllim günlərin bir günü radaksiyaya gəlmişdi, mütəmadi məhsuldar görüşlərimiz, fikir mübadilələrimiz olur. Mən həmişə onu dinləyirəm diqqətlə qulaq asıram yaş fərqimiz cox da olmasada belə ziyalılardan bəhrələnməli cox şeylər var. Bir dəfə gördüm cox məyusdur Tursun müəllim dedim -----"ay qardaş nə olub niyə belə pərişansan ?" Hiss etdim demək istəmir və nəhayət bir təhər öyrəndim .Uşaqlarım, qardaşım qonşu Qardaş Türkiyə Cümhuriyyətində yaşayırlar və mənə təkid edirlər ki, mən də köcüb gedim onların yanına... İnanın səmimiyyətimə Tursun müəllim bu bir cümlədən ibarət fikri mənə elə ürək yanqısı ilə catdırdı ki, sanki müəllim hansısa bir qəbahət iş görmüşdü!Dedi ---"Həsrət müəllim Türkiyə və Azərbaycan eyni millətdən ibarət ayrı-ayrı dövlətlərdir mən burada özümə karyera qurmuşam, övladlarım burada dünyaya göz acıblar, mənim uzun illərdir dostluq etdiyim insanlardam qəfildən ayrı düşməyim bilirsinizmi mənə necə mənəvi sıxıntılar yaşadar. Burada mənim vətənimdir o vaxt Azərbaycan bizlərə necə aguşunu acdı yaxşı xatirəmdədir. Axı mən qoynuna isnişdiyim yurdumu obamı tərk edə bilmərəm, bilirsinizmi bu mənə necə agır başa gələr!"Mən onda bildim ki Tursun Müəllim necə böyük İnsandır hətta bir az kövrəldidə. Baxın əziz oxucular belə bir səxavətli , mərd Ziyalı necə örnəkdir gənc nəslimizə, özünüz qiymətləndirin... Tursun müəllim Əzizov hazırda rayonun Axiska tam orta məktəbinin pedaqoji kollektivinə rəhbərlik edir!

