
Sabirabad rayonunda Ümumilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi
Tədbir rayon icra hakimiyyətinin önündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış heykəlin qarşısında baş tutdu.Səhər saatlarında rayon icra aparatının qarşısındakı meydana toplaşmış rayon əhalisi,ziyalılar,idarə təşkilat rəhbərləri,məktəb şagirdləri,mədəniyyət,təhsil və səhiyyə işçiləri Ümumilli Liderimizin anım mərasiminin açılışını səbrsizliklə gözləyirdilər.12 dekabr 2014-cü il saat 11:00 radələrində tədbiri giriş nitqi ilə rayon icra hakimiyyətinin başçısı hörmətli Nazim İsmayılov açdı.O, Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan,Respublikamıza rəhbərlik etdiyi dövrlərdən,xalqımıza təmənnasız xidmətlərindən geniş söhbət açdı.Nazim müəllim Ulu Öndər Heydər Əliyevin uzaq Moskva şəhərində,Kremldə SSRİ Nazirlər sovetinin müavini vəzifəsində işləyərkən doğma vətəni Azərbaycanımızı unutmadığını daim qəlbi,nəbzi xalqının ürəyi ilə bir vuran xalqımızın xilaskar oğlunun məşəqqətli,mübariz həyatından da söz açdı.Natiq vurğuladı ki,nə qədər ki,xalqımız yaşayır Ümumilli Liderimizin əbədi,əziz xatirəsi millətimizin qəlbində yaşayacaqdır.Rayon hüquq mühafizə oraqanları rəhbərlərinində qatıldığı bu tədbirdə Ulu Öndərimizin heykəli qarşısına tər gül-çiçək dəstələri qoymaqla dərin səmimi ehtiramlarını bildirdilər.Rayon rəhbərliyinin iştirakı ilə tədbirə toplaşmış rayon əhalisi nizamla Ulu Öndərin heykəli qarşısına gül-çiçək dəstələri düzərək hörmət və ehtiramlarını bildirdlər.
Redaksiyamızdan: Heyədr Əliyev dünyasını dəyişmədi,ulduz kimi yerini dəyişdi.Yaşadığımız cəmiyyətdə hər addım Ulu Öndərimizin xalqımız üçün,millətimiz üçün qurub-yaratdığı əməlləri daim onu yaşadacaq.Günəşə hansı tərəfdən baxılsa günəş elə günəşdir,onun hərarəti hamıya bəs edir.
Baş Redaktor : Həsrət Rüstəmov
Şəkillərə Böyük Formatda Baxmaq Üçün Şəkillərin Üstünə Clik Edin
Fotoqraf: Kamran Azizov































