
"Biz gənclərin Sizə olan sevgisi daha da artdı" - Prezidentə yazırlar..."Google Chrome"un 84-cü versiyası gəlir: hansı yeniliklər olacaq?Azərbaycanda bir gündə 497 nəfər koronavirusa yoluxdu: 645 nəfər sağalıb
İlk səhifə HADİSƏ 2248
12:14 18 İyul 2020
Türkiyədə müalicədə olan deputat Azərbaycana qayıtdı
Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədən qayıdıb.
Bu barədə APA -ya Vahid Əhmədovun köməkçisi Arif Orucov məlumat verib.
O bildirib ki, Vahid Əhmədov həftənin 1-ci günü ölkəyə çarter reysi ilə qayıdıb:
“Hazırda evindədir və səhhəti yaxşıdır. Müalicə qəbul etməyə də ehtiyac qalmayıb. Vahid Əhmədov hazırda istirahət edir və işləri ilə maraqlanır”.
Qeyd edək ki, deputat Vahid Əhmədov bir müddət öncə deputat ürəyində yaranan problemlə əlaqədar özəl təyyarə ilə Türkiyəyə aparılmışdı.
O, 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub.
Zaur Məmmədhüseynoglu
Parlament muxbiri.