Əsl dost hər insana lazımdır .Əsl dostu özümüz qazanmalıyıq . /Əsl dost cətinə düşəndə sənə arxa olur ,hər işdə kömək edir - Qardaş dost olmaya bilər,amma dost həmişə qardaş olmalıdır .
- Dostluğun birinci şərti etibardır .
- Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir .
- Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir (Atalar sözü)
- Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun.
- Dostlar müxtəlif bədəndə bir ruhdurlar.
- Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır .
- Dost rahatlıq verən bir məlhəmdir - Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə dostlarımızın kim olduğunu göstərməsidir.
- Evin qiyməti ora gələn dostlardan bilinər .
- Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır.
- Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz.
- Dostu olmayan bu dünyada qəribdir.
- İnsanlarla elə davran ki,dostların sənə düşmən olmasın,əksinə,düşmənlərin səninlə dost olsun.
- Mənə hər şeydə mənimlə razılaşan,mən başımı əyəndə başını əyən dost lazım deyil.Ona qalsa kölgəm də dostumdur.
- Həqiqi dostluqdan başqa,bütün münasibətlər müvəqqətidir.
- Dostlar iki cür olur:birincisi sizi güldürənlərdir ki,onlara çox etibar etmək olmaz;ikincisi sizi düşündürənlərdir ki,onların qədrini bilmək lazımdır.
- Biz dostun köməyindən çox,bu köməyi ala bilmək inamına ehtiyac duyuruq (Sokrat:Qədim Yunan filosofu)
- Əsl dost misilsiz xəzinədir:xoşbəxtliyi artırar,dərd-qəmi azaldar (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
- Dostluq ömrün sonunadək boy atan bir ağacdır (Corc Vaşinqton:ABŞ-ın ilk prezidenti)
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar. (Naməlum)
- Dost insanın ikinci özüdür (Mark Tulli Siseron: Qədim Roma dövlət xadimi və natiqi)
- Eyibsiz dost axtaran axırda dostsuz qalar (Nəsrəddin Tusi: Azərbaycan alimi və dövlət xadimi
Bayramov İbad
Redaktor.